İDMAN


Qadın güləşçilərimiz dünyada səkkizinci olublar

Bakı, 20 sentyabr, AZƏRTAC

Qazaxıstanın paytaxtı Nur-Sultanda təşkil olunan dünya çempionatında qadın güləşçilərin yarışına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan millisi 48 xalla dünya çempionatında 8-ci olub. Millimizin heyətində Mariya Stadnik (50 kq) dünya çempionu olub. Elis Manolova (65 kq) isə yarışın bürünc medalını qazanıb.

Komanda hesabında Yaponiya 137 xalla birinci pillədə qərarlaşıb. Rusiya (108 xal) ikinci, ABŞ (105 xal) isə üçüncü olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.