İDMAN


Qadın güləşçilərimiz iki rekorda imza atıblar

Bakı, 2 iyul, AZƏRTAC

İtaliyanın paytaxtı Romada keçirilən U-20 Avropa çempionatında qadın güləşi üzrə yarış başa çatıb.

AZƏRTAC Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadla xəbər verir ki, qitə birinciliyinə böyük məşqçi Həsrət Məmmədyarov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında cəmi 6 güləşçi ilə yollanan millimiz uğurlu çıxış edib. Belə ki, təmsilçilərimizdən 4-ü fəxri kürsüyə qalxıb. Elnurə Məmmədova (55 kq) və Birgül Soltanova (62 kq) Avropa çempionu olmaqla bu növdə gənclər arasında qitə birinciliyində 7 illik qızıl medal həsrətinə son qoyublar. Eyni zamanda, Əsmər Canqurtaran (50 kq) və Mərziyə Sadıqovanın (72 kq) bürünc medal əldə etməsi daha 2 nəticənin yaxşılaşdırılması ilə əlamətdar olub. Belə ki, gənclər arasında 2 qızıl, 2 bürünc medal Azərbaycan qadın güləşində medalların əyarına görə yeni rekorddur. Komanda hesabında yığmamız 92 xal toplayıb ki, bu da millimiz üçün rekord nəticədir. Beləliklə, qızlardan ibarət komandamız Romada cəmi 6 güləşçi ilə təmsil olunmasına baxmayaraq, 2 rekordunu yeniləyib.

Qeyd edək ki, Azərbaycan bu növdə komanda hesabında 5-ci yeri tutub. Ölkəmiz Ukrayna (169), Türkiyə (151), Almaniya (117) və Polşadan (102) geri qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.