İDMAN


Qadın güləşçilərimizin Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşib

Bakı, 10 aprel, AZƏRTAC

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə Avropa çempionatı davam edir.

AZƏRTAC xəbər verir ki, yarışın 3-cü günündə - aprelin 10-da qadın güləşçilər mübarizəyə qoşulacaqlar.

Püşkatma nəticəsində yığmamızın 4 üzvünün ilk rəqibləri müəyyənləşib. Püşk güləşçilərimizi MDB ölkələrinin təmsilçiləri ilə üz-üzə qoyub. Belə ki, Türkan Nəsirova (50 kq) ukraynalı Oksana Livaç, Elmira Qəmbərova (59 kq) Rusiya təmsilçisi Svetlana Lipatova, İrina Netreba (68 kq) Yevgeniya Andreyçikava (Belarus) və Səbirə Əliyeva (76 kq) belaruslu Natalya Lanko ilə üz-üzə gələcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.