İDMAN
Qadın güləşçilərimizin Türkiyə toplanışı davam edir
Bakı, 16 oktyabr, AZƏRTAC
Qadınlardan ibarət güləş yığmamız oktyabrın 20-dən 28-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatına hazırlığı davam etdirir.
AZƏRTAC xəbər verir ki, İstanbulda yerli komanda ilə birgə təlim-məşq toplanışı keçən millimiz bu həftə yüngül məşqlərə keçib. Baş məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında yüklənmədən azad olma prosesinə start verilib. Yığma son taktiki-texniki çalışmaları həyata keçirir.
Xatırladaq ki, mundialda qadınların yarışı oktyabrın 22-dən 25-dək keçiriləcək. İlin ən vacib yarışında ölkəmizi Mariya Stadnik (50 kq), Anjela Doroqan (53 kq), Alyona Kolesnik (57 kq), Tatyana Omelçenko (59 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (65 kq), Elis Manolova (68 kq) və Səbirə Əliyeva (76 kq) təmsil edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [22:07]
Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb
- 24.04.2024 [21:31]
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]