İDMAN
Qadın güləşçimiz Elis Manolova "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Bakı, 7 may, AZƏRTAC
Qadın güləşçimiz Elis Manolova "Tokio-2020" Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
AZƏRTAC xəbər verir ki, Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya Olimpiya təsnifat turnirində 68 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz startda Yunanıstan təmsilçisi Aqora Papavasileuya qalib gələrək dörddəbir finala yüksəlib. Təmsilçimizin növbəti rəqibi Argentina idmançısı Klara Vaskes olub. Xalçadan qalib ayrılan E.Manolova turnirin yarımfinal mərhələsinə vəsiqə qazanıb. Qazaxıstanlı Jamilya Bakberqenovadan üstün olan E.Manolova finala yüksəlməklə Olimpiadaya lisenziyanı təmin edib.
Final görüşü mayın 8-də təşkil olunacaq.
Qeyd edək ki, qadın güləşçilərimizdən səkkizqat Avropa çempionu Mariya Stadnik da "Tokio-2020"yə vəsiqəni təmin edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [18:22]
Premyer Liqa: “Neftçi” səfərdə “Qəbələ”ni məğlub edib
- 29.03.2024 [18:08]
Azərbaycanlı şahmatçılar beynəlxalq turnirdə qələbə qazanıblar
- 29.03.2024 [17:38]
Xabi Alonso “Bayer”də qalacağını açıqlayıb
- 29.03.2024 [16:52]
“Everton”un sabiq futbolçusu ömürlük həbs oluna bilər
- 29.03.2024 [16:12]
Bakıdakı təsnifat turnirində 33 ölkənin güləşçiləri mübarizə aparacaqlar
- 29.03.2024 [15:22]
Argentina millisinin futbolçusunu hədələyən cinayətkarlar saxlanılıb
- 29.03.2024 [15:05]
Azərbaycan Premyer Liqasında daha 2 turun cədvəli məlum olub
- 29.03.2024 [14:38]