İDMAN


Qadın güləşçimiz İtaliyada gümüş medal qazanıb

Bakı, 24 may, AZƏRTAC

İtaliyanın Sassari şəhərində güləşin üç növü üzrə Matteo Pelikone Memorialı keçirilir.

AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, yarışın ikinci günündə mübarizəyə qadın güləşçilər qoşulub. Baş məşqçi Aslan Ağayevin rəhbərliyi ilə yığmamızın dörd üzvü xalça üzərinə çıxıb.

Mübarizəyə dörddəbir finaldan qoşulan güləşçimiz Elmira Qəmbərova tunisli idmançı ilə ağır keçən görüşdə əzmkar qələbə qazanaraq adını yarımfinala yazdırıb. Bu mərhələdə İsveç təmsilçisi ilə üz-üzə gələn həmyerlimiz yenə əzmkar mübarizə sərgiləyərək finala yüksəlib. Həlledici qarşılaşmada İsveçin digər nümayəndəsi ilə qarşılaşan E.Qəmbərova məğlub olaraq gümüş medal qazanıb.

Digər güləşçilərimiz Alyona Kolesnik, Elis Manolova rəqiblərinə uduzaraq yarışda mübarizəni dayandırıblar.

Qeyd edək ki, beynəlxalq dərəcəli hakimimiz Sədi Quliyev turnirdə ədaləti qoruyub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.