İDMAN


Qadın güləşi üzrə milli komandamızın lideri Mariya Stadnik Azərbaycanın idman tarixinə düşüb

Bakı, 18 sentyabr, AZƏRTAC

Qadın güləşi üzrə milli komandamızın lideri Mariya Stadnik Azərbaycanın idman tarixinə düşüb.

AZƏRTAC xəbər verir ki, Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən güləş üzrə dünya çempionatında sentyabrın 18-də qızıl medal qazanan M.Stadnik (50 kq) karyerasında ikinci dəfə bu titula sahib olub. O, Azərbaycanın idman tarixində ikiqat dünya çempionu olan ilk qadın güləşçidir.

Xatırladaq ki, Azərbaycanda güləş idmanının tarixində yunan-Roma pəhləvanı Fərid Mansurov iki, sərbəst güləşçimiz Hacı Əliyev isə üçqat dünya çempionu adını qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.