İDMAN
Qadın həndbolçuların Azərbaycan çempionatında XII turun oyunları keçirilib
Bakı, 20 fevral, AZƏRTAC
Qadın həndbolçuların Azərbaycan çempionatında XII turun oyunları keçirilib.
Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, turnir cədvəlinin lideri - “Azəryol” bu tur “İdman Akademiyası” komandasını sınağa çəkib. Matçın əvvəlindən təşəbbüsə yiyələnən nominal ev sahibi azarkeşlərinə növbəti qələbə sevinci yaşadıb. “Tələbələr” çox çalışsalar da, məğlubiyyətdən qurtula bilməyiblər. Görüş 36:29 hesabı ilə “Azəryol”un xeyrinə nəticələnib.
Günün digər qarşılaşmasında “Azərsu” və “Qarabağ” komandaları üz-üzə gəliblər. Bu görüşdə də gözlənilməz nəticə qeydə alınmayıb. Daha kəsərli hücumlar təşkil edən nominal qonaqlar matçı qələbə ilə başa vurublar – 39:31.
Məğlubiyyətsiz seriyanı davam etdirən “Azəryol” 22 xalla çempionatın turnir cədvəlinin vahid lideridir. Onun əsas rəqibi sayılan “Qarabağ”ın aktivində 18 xal var. “Azərsu” 6 xalla üçüncü pillədə qərarlaşıb. Autsayder “İdman Akademiyası” komandasının hələ də xalı yoxdur.
Martın 4-də keçiriləcək XIII turun oyunlarında “Azəryol” “Azərsu” ilə, “Qarabağ” “İdman Akademiyası” ilə üz-üzə gələcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:31]
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]