İDMAN
Qadın həndbolçuların ölkə çempionatında VII turun görüşləri oynanılıb
Bakı, 5 dekabr, AZƏRTAC
Qadın həndbolçuların ölkə çempionatında VII turun görüşləri keçirilib.
Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, günün böyük maraqla gözlənilən oyununda “Azəryol” və “Azərsu” komandaları üz-üzə gəliblər. Gərgin idman mübarizəsi vəd edən qarşılaşmada ciddi müqavimət göstərən “Azərsu” çox çalışsa da, məğlubiyyətdən yaxa qurtara bilməyib – 24:28.
Turun digər qarşılaşmasında “Qarabağ” “İdman Akademiyası”nı qəbul edib. Autsayderlə oyuna aşkar favorit qismində çıxan “Qarabağ” növbəti qələbəsini çətinlik çəkmədən qazanıb- 38:24.
Hərəyə 12 xalı olan “Azəryol” və “Qarabağ” komandaları çempionatın turnir cədvəlinin şərikli liderləridir. Üçüncü pillədə qərarlaşan “Azərsu”nun 4 xalı var. Autsayder “İdman Akademiyası”nın aktivində hələ də xal yoxdur.
Dekabrın 11-də keçiriləcək növbəti oyunlarda “Azəryol” “Qarabağ”la, “İdman Akademiyası” “Azərsu” ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [17:11]
Premyer Liqada XXVIII turun hakimləri açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]
Dünyanın futbol üzrə ən dəyərli “onbirliyi” açıqlanıb
- 28.03.2024 [14:22]