CƏMİYYƏT
Qadın hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən yeni layihələr müzakirə edilib
Bakı, 27 sentyabr, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Hicran Hüseynovanın İtaliya Parlamentinin Deputatlar Palatasının üzvü, AŞPA-nın bərabərlik və qeyri-diskriminasiya komitəsinin sədri Yelena Çentemero ilə görüşü keçirilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, görüş zamanı Azərbaycanda qadın hüquqlarının müdafiəsi sahəsində həyata keçirilən yeni layihələr müzakirə edilib. Müzakirələr çərçivəsində Azərbaycanda qadınların iqtisadi fəallığının artırılması, məişət zorakılığı ilə mübarizə və digər sahələrdə görülən tədbirlər haqqında qonağa məlumat verilib. Görüşdə Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Sahibə Qafarova da iştirak edib.
Sonda Azərbaycan ilə Avropa Şurası arasında gender bərabərliyi sahəsində əməkdaşlığın genişləndirilməsinə qərar verilib.