İDMAN


Qadın karateçilər üçün beynəlxalq məşq düşərgəsi təşkil edilib

Bakı, 11 may, AZƏRTAC

Azərbaycan Milli Karate Federasiyasının (AMKF) təlim-məşq bazasında qadın karateçilər üçün beynəlxalq məşq düşərgəsi təşkil edilib.

AMKF-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qadınların baş məşqçisi Denis Morozovun təşəbbüsü ilə federasiyanın təşkil etdiyi düşərgədə milli komandamızın üzvləri ilə birgə ukraynalı Olimpiya mükafatçısı Anjelika Terlyuqa, yaponiyalı dünya və Asiya çempionu Ayumi Uekusa, eləcə də Amerika Birləşmiş Ştatları, Macarıstan və Almaniya seçmə komandalarının titullu üzvləri iştirak ediblər. Xarici qonaqlar düşərgəyə dəvət əsasında qatılıblar.

Beynəlxalq məşq düşərgəsinin 30-dək iştirakçısına həftə ərzində hər biri iki saatdan ibarət səkkiz taktiki məşq keçirilib. İdmançıların imkanları təhlil edilib və məşq günlərinin sonunda sərbəst yoxlanış görüşləri olub.

Düşərgənin nəticəsindən razı qalan D.Morozov bildirib ki, tanınmış idmançıların iştirakı ilə belə hazırlıqlar perspektivli karateçilərdə böyük ruh yüksəkliyi yaratmaqla yanaşı, onların qələbələri üçün yeni imkanlar açır. O, həmçinin bildirib ki, bu məşqlər həm də Avropa çempionatı, dünya və İslam Oyunları kimi qarşıdakı məsul yarışlara hazırlıq baxımından da önəmlidir. AMKF-in prezidenti Yaşar Bəşirov beynəlxalq məşq düşərgəsində idmançılara uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.