REGİONLAR


Qadın paltarı geyinərək avtomobil sürücülərinə qarşı soyğunçuluq edən şəxslər saxlanılıb

Xızı, 10 may, Elxan Yusifli, AZƏRTAC

Xızı Rayon Polis Şöbəsinə müraciət edən bir nəfər şəxs Sitalçay kəndi ərazisində “Opel” markalı avtomobilin sürücüsü və sərnişinlərinin onu bıçaqla hədələyərək 290 manat pulunu almaları barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən həmin avtomobilin sürücüsü, Gədəbəy rayon sakini Vəzir İsmayılov eləcə də, sərnişinləri Oğuz rayon sakini Anar Salahov və Sabirabad rayon sakini İltifat Cəfərov müəyyən edilərək saxlanılıblar.

Araşdırmalar zamanı məlum olub ki, Anar Salahov qadın geyimlərindən və parikdən istifadə etməklə xarici görünüşünü dəyişərək, hərəkətdə olan avtomobili saxlayıb. Daha sonra qrupun digər üzvləri soyğunçuluq əməlini törədiblər.

Saxlanılan şəxslər bundan əvvəl də eyni əməli törətdiklərini etiraf ediblər.

Faktla bağlı Xızı RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər üç şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, adları sadalanan şəxslərdən zərər çəkmiş şəxslər DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 226-54-54 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur".

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.