İDMAN


Qadın polis əməkdaşı pauerliftinq üzrə Avropa çempionu olub

Bakı, 17 may, AZƏRTAC

Sankt-Peterburqda pauerliftinq üzrə Avropa çempionatı keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qitənin 15 ölkəsindən 300-dən çox idmançının qələbə uğrunda mübarizə apardığı yarışda milli komandamız da təcrübəli idmançılarla təmsil edilib. Azərbaycan yığmasının heyətində mübarizə aparan Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşı, polis baş leytenantı Ədilə Qurbanova yarışın favoritləri sırasında olub.

Qadınların yarışında dartma hərəkətində çıxış edən təmsilçimiz ümumilikdə 152,5 kiloqram ağırlığı qaldıraraq qızıl medal qazanıb.

Xatırladaq ki, polis baş leytenantı Ədilə Qurbanova karate və pauerliftinq ilə məşğul olur. Səkkizqat respublika çempionu olan təmsilçimiz iki dəfə dünya kubokunun qalibidir. Beynəlxalq turnirlərdə dəfələrlə fəxri kürsünün ilk pilləsinə yüksələn Ə.Qurbanova pauerliftinq üzrə üç dəfə respublika birincisidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.