CƏMİYYƏT


Qadın sahibkarlarımız beynəlxalq sammitdə təmsil olunub

Qadın sahibkarlarımız beynəlxalq sammitdə təmsil olunub

Bakı, 14 mart, AZƏRTAC

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) üzvləri Əbu-Dabidə keçirilən beynəlxalq qadın sahibkarlar sammitində iştirak ediblər.

AQSİA-dan AZƏRTAC-a bildirilib ki, üçgünlük keçirilən tədbirdə “Rəqəmsal əsrdə təsirli biznesin yaradılması” adlı Zirvə görüşü təşkil olunub.

AQSİA nümayəndələri “Assosiasiyaların işini inkişaf etdirən rəqəmsal transformasiya” mövzularında panel müzakirələrdə iştirak ediblər.

Sammitin sonunda AQSİA-nın Ümumdünya Sahibkarlığın İnkişafı Assosiasiyasına üzvlüyünün qəbul edilməsi ilə bağlı Birləşmiş Ərəb Əmirliklərinin “İşgüzar Qadınlar Şurası” ilə memorandum imzalanıb.

Sammitə 30 ölkədən ümumilikdə 600 nəfər iştirakçı qatılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.