CƏMİYYƏT
“Qadın sahibkarlığın inkişafı sahəsində uğurlu təcrübələr” adlı forum təşkil edilib
Bakı, 26 sentyabr, AZƏRTAC
“Qadın sahibkarlığın inkişafı sahəsində uğurlu təcrübələr” adlı forum baş tutub.
AZƏRTAC xəbər verir ki, forumda türkdilli dövlətlərin qadın sahibkarlığının inkişafı sahəsində fəaliyyət göstərən assosiasiyalar, ictimai birliklər, dövlət və özəl strukturların nümayəndələrinin iştirakı ilə uğurlu təcrübələr haqqında müzakirələr aparılıb.
Qazaxıstan Parlamenti Məclisinin üzvü Ləzzət Ramazanova tərəfindən foruma dəvət alan Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva Azərbaycanda qadın sahibkarlığının inkişafı yönündə görülmüş işlər və Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə əsaslanan uğurlu layihələrdən bəhs edib.
Eyni zamanda, AQSİA sədri Qazaxıstan və Azərbaycan arasında iqtisadi əlaqələrin gücləndirilməsində iki ölkənin qadın sahibkarlarının rolunun artırılmasının əhəmiyyətini vurğulayıb.