İDMAN
Qadın şahmatçılar arasında Azərbaycan çempionatının ikinci turunda turnirin reytinq favoriti məğlub olub
Bakı, 19 may, AZƏRTAC
Qadın şahmatçılar arasında Azərbaycan çempionatında ikinci turun görüşləri keçirilib.
AZƏRTAC xəbər verir ki, bu turda yarışın reytinq favoriti Gülnar Məmmədovanın ağ fiqurlarla Gövhər Beydullayevaya məğlub olması diqqəti cəlb edib. Turun digər oyunlarında qara fiqurlarla mübarizə aparan Ülviyyə Fətəliyeva Ayan Allahverdiyevaya qalib gəlib. Digər partiyalarda qalib müəyyənləşməyib. belə ki, Türkan Məmmədyarova Xanım Balacayeva, Xəyalə Abdulla Ləman Hacıyeva arasında görüşlər bərabərliklə yekunlaşıb.
İki turdan sonra maksimum nəticə ilə Gövhər Beydullayeva liderliyə yüksəlib. Liderdən yarım xal geri qalan Xanım Balacayeva və Ülviyyə Fətəliyeva 2-3-cü yerləri bölüşdürür.
Qeyd edək ki, müstəqil Azərbaycan tarixində qadınlar arasında XXXI ölkə çempionatının mükafat fondu artırılaraq 11 min 400 manat təşkil edir. Çempion olacaq şahmatçı 4 min manat pul mükafatı qazanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:31]
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turniri 21 medalla başa vurublar
- 28.03.2024 [17:57]
AMADA-nın əməkdaşı WADA-nın vebinarında iştirak edib
- 28.03.2024 [17:11]
Premyer Liqa: Dörd oyuna hakim təyinatları açıqlanıb
- 28.03.2024 [17:09]
Azərbaycan ağırlıqqaldıranları üçün antidopinqlə bağlı seminar keçirilib
- 28.03.2024 [16:16]