İDMAN


Qadın şahmatçılar arasında Azərbaycan çempionatının püşkü atılıb

Qadın şahmatçılar arasında Azərbaycan çempionatının püşkü atılıb

Bakı, 3 fevral, AZƏRTAC

Qadın şahmatçılar arasında Azərbaycan çempionatının püşkü atılıb.

AZƏRTAC Azərbaycan Şahmat Federasiyasına istinadla xəbər verir ki, 11 idmançının iştirak edəcəyi yarışın ilk turunda Ləman Hacıyeva -Türkan Məmmədyarova, Ayan Allahverdiyeva - Xəyalə Abdulla, Zeynəb Məmmədyarova-Gülnar Məmmədova, Xanım Balacayeva-Gövhər Beydullayeva, Səbinə İbrahimova -Nərmin Abdinova görüşləri oynanılacaq. Nurtan Nuriyeva birinci turda istirahət edəcək.

Çempionatın reytinq favoriti son çempion Gövhər Beydullayevadır (2387).

On bir turdan ibarət çempionatın baş hakimi Ülkər Umudova olacaq. Birinci turun oyunları fevralın 4-də saat 14:30-da başlayacaq.

Qeyd edək ki, yarışın ümumi mükafat fondu artırılaraq 15 min manata çatdırılıb. Qalib şahmatçı 5 min manat pul mükafatı qazanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.