İDMAN


Qadın şahmatçılarımız Ümumdünya Şahmat Olimpiadasında fərdi lövhələrdə medallara layiq görülüblər

Bakı, 11 avqust, AZƏRTAC

Hindistanın Çennay şəhərində 44-cü Ümumdünya Şahmat Olimpiadasında turnir boyu layiqli mübarizə sərgiləyən Azərbaycanın qadın millisi fərdi lövhələrdə medallara layiq görülüblər.

AZƏRTAC xəbər verir ki, Xanım Balacayeva 9 partiyada 7 xal toplamaqla ikinci lövhədə bürünc, ehtiyat şahmatçımız Ülviyyə Fətəliyeva isə 8 oyunda 5 xal qazanmaqla fərdi nəticələrinə görə gümüş medala layiq görülüblər.

Qeyd edək ki, həm qadın, həm də kişilərdən ibarət milli komandalarımız olimpiadanı 16 xalla 7-ci sırada başa vurublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.