İDMAN


Qadın tennisçilərdən ikisi Tokioya getməkdən imtina edib

Bakı, 16 iyul, AZƏRTAC

Olimpiada ərəfəsində məşhur tennisçilərin əksəriyyəti dördilliyin zirvə yarışında iştirakdan imtina etdiklərini açıqlayırlar.

AZƏRTAC xəbər verir ki, bir neçə gün əvvəl Rocer Federer zədəsini əsas gətirərək Yaponiyaya getməyəcəyini demişdisə, indi də belaruslu raketka ustası Viktoriya Azarenkonun Olimpiadada çıxış etməyəcəyi müəyyənləşib. O Yaponiyada koronavirusla bağlı vəziyyətin ürəkaçan olmadığını və Tokioda bir çox məhdudiyyətin tətbiq ediləcəyinə görə riskə getmədiyini bildirib.

Almaniyalı raketka ustası Anjelika Kerber də Olimpiadada iştirak etməyəcəyini bəyan edib. Amma o, hazırda istirahətə ehtiyacı olduğu üçün belə bir addım atdığını söyləyib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.