İDMAN


Qadın voleybolçulardan ibarət Azərbaycan millisi reytinq cədvəlində 11-ci pillədə qərarlaşıb

Bakı, 11 sentyabr, AZƏRTAC

Avropa Voleybol Konfederasiyası milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, Türkiyə, Polşa, Slovakiya və Macarıstanın birgə ev sahibliyi etdiyi Avropa çempionatını 10-cu pillədə başa vuran qadın voleybolçulardan ibarət Azərbaycan millisi reytinq cədvəlində 11-ci pillədə qərarlaşıb. Yığmamızın hesabında 212 xal var.

Reytinq cədvəlinə 298 xalla Serbiya millisi başçılıq edir. İtaliya seçməsi (286 xal) ikinci, Hollandiya (282) isə üçüncü pillədə yer alıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.