İDMAN


Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin dünya çempionatındakı rəqibləri müəyyənləşib

Bakı, 7 dekabr, AZƏRTAC

Gələn il Yaponiyada keçiriləcək qadın voleybolçular arasında dünya çempionatının püşkü atılıb.

AZƏRTAC xəbər verir ki, mundialda mübarizə aparacaq Azərbaycan yığması Rusiya, ABŞ, Tailand, Trinidad və Tobaqo, Koreya Respublikası kollektivləri ilə birgə “C” qrupunda yarışacaq.

Püşkün nəticələri aşağıdakı kimidir:

“A” qrupu: Yaponiya, Hollandiya, Argentina, Almaniya, Kamerun, Meksika;

“B” qrupu: Çin, İtaliya, Türkiyə, Bolqarıstan, Kanada, Kuba;

“C” qrupu: Azərbaycan, ABŞ, Rusiya, Koreya Respublikası, Tailand, Trinidad və Tobaqo;

“D” qrupu: Serbiya, Braziliya, Dominikan Respublikası, Puerto-Riko, Qazaxıstan, Keniya.

Qeyd edək ki, 2018-ci il dünya çempionatı Yaponiyanın altı şəhərində - Hamamatsu, Yokohama, Kobe, Naqoya, Sapporoda və Osakada keçiriləcək. Dünya çempionatı sentyabrın 29-dan oktyabrın 20-dək təşkil ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.