İDMAN


Qadın voleybolçulardan ibarət Rusiya yığması dörddəbir finala yüksəlib

Bakı, 25 sentyabr, AZƏRTAC

Sentyabrın 25-də Azərbaycanda və Gürcüstanda təşkil edilən qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsinin “C” qrupundan dörddəbir finala birbaşa vəsiqə qazanan komanda müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, dörddəbir finala birbaşa vəsiqə uğrunda Rusiya və Bolqarıstan komandaları qarşılaşıblar.

Milli Gimnastika Arenasında keçirilən görüş gərgin və maraqlı idman mübarizəsi şəraitində keçib. Matçın ilk setində Bolqarıstan voleybolçuları 25:21 hesabı ilə qalib gəliblər. İkinci setdə Rusiya təmsilçisi hesabı bərabərləşdirməyə nail olub - 25:20. Bolqarıstan təmsilçisi rəqibin güclü müqavimətinə baxmayaraq, üçüncü setdə qalib gələrək hesabda yenidən irəli çıxmağı bacarıb - 25:23. Görüşün dördüncü setində bolqarıstanlı voleybolçular qələbəyə yaxın olsalar da, üstünlüyü sona qədər qoruyub saxlaya bilməyiblər. Rusiya voleybolçuları əzmkarlıq göstərərək seti qələbə ilə başa vurublar - 25:21. Matçın qalibi tay-brekdə müəyyənləşib və Rusiya millisi 15:13 hesabı ilə qələbə qazanıb. Beləliklə, ümumi hesabda 3:2 qalib gələrək xallarını sayını 7-yə çatdıran Rusiya millisi qrup lideri kimi dörddəbir finala birbaşa vəsiqəni təmin edib. Aktivində 5 xal olan Bolqarıstan təmsilçisi isə qrup ikincisi kimi pley-offda yarışacaq.

Qrupun digər oyununda Türkiyə və Ukrayna kollektivləri pley-off mərhələsinə yüksəlmək uğrunda qarşılaşacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.