İDMAN


Qadın voleybolçularımız dünya çempionatının ikinci mərhələsində növbəti oyununu Çin millisinə qarşı keçirir

Tokio, 8 oktyabr, AZƏRTAC

Oktyabrın 7-də qadın voleybolçulardan ibarət Azərbaycan millisi Yaponiyada voleybol üzrə dünya çempionatının ikinci mərhələsində növbəti oyununu Çin yığmasına qarşı keçirir.

AZƏRTAC xəbər verir ki, Çin yığması ilə qarşılaşma Bakı vaxtı ilə saat 11:10-da başlayıb.

Osaka şəhərində davam edəcək ikinci mərhələnin oyunlarında Azərbaycan komandası Çin ilə yanaşı, Rusiya, ABŞ, Tailand, Türkiyə və Bolqarıstan yığmaları ilə növbəti mərhələyə çıxmaq uğrunda mübarizə aparır. Dünən keçirilən Azərbaycan-İtaliya oyunu 0:3 hesabı ilə italiyalı voleybolçuların xeyrinə başa çatıb.

Cədvələ əsasən, oktyabrın 8-də Rusiya yığması Bolqarıstan, Türkiyə komandası ABŞ millisi ilə qarşılaşıblar. İlk oyun Rusiya millisinin 3:1 (25:21, 25:20, 23:25, 25:19), ikinci oyun isə ABŞ yığmasının 3:0 (25:21, 25:17, 25:18) hesablı qələbələri ilə başa çatıb.

Azərbaycan millisi oktyabrın 10-da Türkiyə, ayın 11-də isə Bolqarıstan idmançıları ilə qarşılaşacaq.

Qaydalara görə, ikinci mərhələdə qruplarda I-III yerləri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.