İDMAN


Qadın voleybolçularımız dünya çempionatının ikinci mərhələsinin növbəti oyununda Türkiyə millisinə məğlub olublar YENİLƏNİB 2

Tokio, 10 oktyabr, AZƏRTAC 

Oyunun dördüncü hissəsində üstünlüyü yenidən ələ alan türkiyəli idmançılar həmin seti qələbə ilə başa vurublar 25:21. Beləliklə oyun Türkiyə millisinin qələbəsi ilə başa çatıb - 3:1.

07:11

Oyunun üçüncü hissəsində üstünlüyü ələ alan idmançılarımız həmin seti qələbə ilə başa vurublar 25:22. Beləliklə hələlik hesab türkiyəli voleybolçuların xeyrinədir 2:1.

06:50

Oktyabrın 10-da qadın voleybolçulardan ibarət Azərbaycan millisi Yaponiyada voleybol üzrə dünya çempionatının ikinci mərhələsində növbəti oyununu Türkiyə yığmasına qarşı keçirir.

AZƏRTAC xəbər verir ki, Türkiyə yığması ilə qarşılaşma Bakı vaxtı ilə saat 5:40-da başlayıb. Gərgin idman mübarizəsi şəraitində davam edən birinci setdə türkiyəli voleybolçular 26:24 hesabı ilə qalib gəliblər.

Oyunun ikinci hissəsi türkiyəli voleybolçuların üstünlüyü şəraitində keçib və 25:17 hesabı ilə onların xeyrinə başa çatıb.

Osaka şəhərində davam edən ikinci mərhələnin oyunlarında Azərbaycan komandası Türkiyə ilə yanaşı, Rusiya, ABŞ, Tailand, Çin və Bolqarıstan yığmaları ilə növbəti mərhələyə çıxmaq uğrunda mübarizə aparır.

Cədvələ əsasən, oktyabrın 10-da Bolqarıstan yığması Tailand, İtaliya komandası Rusiya, Çin millisi isə ABŞ voleybolçuları ilə qarşılaşacaq.

Azərbaycan millisi növbəti oyunu oktyabrın 11-də Bolqarıstan idmançılarına qarşı keçirəcək.

Qaydalara görə, ikinci mərhələdə qruplarda I-III yerləri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaqlar.

Xatırladaq ki, bugünkü oyunlara qədər F qrupunda İtaliya millisi 21 xalla birinci, ABŞ yığması 19 xalla ikinci, Çin və Rusiya komandaları 18 xalla üçüncü və dördüncü, Tailand yığması 10 xalla beşinci, Türkiyə komandası 9 xalla altıncı, Bolqarıstan və Azərbaycan komandaları isə 6 xalla yeddinci və səkkizinci yerləri tutublar.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.