İDMAN
Qadın voleybolçuların Avropa çempionatında ikinci günün yekunları
Bakı, 24 sentyabr, G.Mahmudlu, P.Rəhimova, AZƏRTAC
Sentyabrın 23-də Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi etdikləri qadın voleybolçular arasında Avropa çempionatının final mərhələsi çərçivəsində növbəti oyunlar keçirilib.
AZƏRTAC xəbər verir ki, Bakıda Milli Gimnastika Arenasında günün ilk oyunları “C” qrupunda yer alan komandalar arasında keçirilib. Bolqarıstan voleybolçuları Ukrayna millisini 3:2, Rusiya komandası isə Türkiyə yığmasını 3:1 hesabı ilə məğlub edib.
“A” qrupunda keçirilən oyunda polşalı voleybolçular Macarıstan təmsilçilərindən üstün olublar – 3:1.
“B” qrupu çərçivəsində Tbilisidə Yeni İdman Sarayında keçirilən qarşılaşmalarda Xorvatiya yığması Gürcüstana, İtaliya millisi isə Belarusa qalib gəlib. Hər iki oyunda 3:1 hesabı qeydə alınıb.
“D” qrupunun oyunları Göygöl Olimpiya İdman Kompleksində keçirilib. Çexiya-Belçika oyunu 3:1, Serbiya-Hollandiya oyunu isə 3:0 hesabı ilə başa çatıb.
Sentyabrın 24-də çempionatın qrup mərhələsində aşağıdakı görüşlər oynanılacaq:
“A” qrupu: Azərbaycan-Polşa, Almaniya-Macarıstan;
“B” qrupu: Gürcüstan-Belarus, Xorvatiya-İtaliya;
“C” qrupu: Bolqarıstan-Türkiyə;
“D” qrupu: Belçika-Serbiya, Çexiya-Hollandiya.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [21:31]
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [17:46]
Azərbaycan və Gürcüstan voleybol sahəsində əməkdaşlığı genişləndirir
- 24.04.2024 [17:06]
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
- 24.04.2024 [16:52]
Region Liqası: Final oyununun yeri və başlama saatı açıqlanıb
- 24.04.2024 [14:51]
NBA-da müntəzəm mövsümün ən yaxşı oyunçusu bəlli olub
- 24.04.2024 [14:14]