İDMAN


Qadın voleybolçulardan ibarət Azərbaycan millisi hazırlığın növbəti mərhələsi üçün Mingəçevirə yola düşüb

Bakı, 25 iyun, AZƏRTAC

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi İslam Həmrəyliyi Oyunlarına və Avropa çempionatının təsnifat mərhələsinə hazırlığın növbəti mərhələsi üçün bu gün Mingəçevirə yola düşüb.

AZƏRTAC xəbər verir ki, komandanın təlim-məşq toplanışı “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam etdiriləcək. Baş məşqçi Eldar Yusubov, köməkçiləri Vüqar Əliyev və Emin Əbilovun rəhbərliyi altında buradakı hazırlıq iyulun 5-də başa çatacaq. Mingəçevirdəki məşqlərdə 15 voleybolçu iştirak edəcək.

Qeyd edək ki, millimiz "Avro-2023"ün təsnifat oyunlarında D qrupunda Sloveniya, Gürcüstan və Avstriya milliləri ilə mübarizə aparacaq. V İslam Həmrəyliyi Oyunlarında isə komandamızın rəqibləri hələlik məlum deyil.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.