CƏMİYYƏT
Qadına qarşı quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Bakı, 10 avqust, AZƏRTAC
Avqustun 9-da Daxili İşlər Nazirliyinin (DİN) “102 - Zəng Mərkəzi” Xidmətinə Binəqədi rayonundakı evlərdən birinə quldurluq məqsədilə naməlum şəxsin daxil olması barədə məlumat verilib.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon polis idarəsinin hadisə yerinə gələn 6-cı polis bölməsinin əməkdaşları apardıqları araşdırmalarla həmin gün L.Novruzovanın Biləcəri qəsəbəsindəki evinə girmiş naməlum şəxsin ev sahibəsinə yumruqla xəsarət yetirdiyini, evdən mobil telefon və təmir-tikinti alətləri oğurladığını müəyyənləşdiriblər.
Quldurluğu törətməkdə şübhəli bilinən şəxs həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyənləşdirilərək saxlanılıb.
Araşdırmalarla onun Salyan rayon sakini, əvvəllər xuliqanlıq törətdiyinə görə məhkum edilən Həzi İsayev olması müəyyənləşdirilib.
Faktla bağlı araşdırma aparılır.