CƏMİYYƏT
Qadına qarşı soyğunçuluğa cəhd edən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb
Bakı, 4 iyul, AZƏRTAC
Yasamal rayonunda qadına qarşı soyğunçuluq edərək aradan çıxmağa çalışan şəxs rayon polis idarəsinin 29-cu polis bölməsi əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iyulun 3-də saat 10 radələrində Yasamal rayonunun H.B.Zərdabi küçəsində naməlum şəxs Bakı şəhər sakini G.Əmiraslanovaya zor tətbiq edərək içərisində 145 manatı və sənədləri olan pulqabısını alaraq qaçmağa çalışıb. Ərazidə xidmət aparan 29-cu polis bölməsi əməkdaşlarının çevikliyi sayəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs yaxalanıb.
Araşdırma zamanı onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Fərid Ağaəliyev olduğu müəyyənləşdirilib. Maddi sübut ondan götürülüb.
Faktla bağlı araşdırma aparılır.