CƏMİYYƏT


Qadına qarşı soyğunçuluq edən keçmiş məhkum tutulub

Bakı, 19 noyabr, AZƏRTAC 

Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinə müraciət edən paytaxt sakini Z.Qurbanov noyabrın 13-də rayon ərazisində 1 nəfərin ona məxsus, içərisində 3200 manat və mobil telefon olan çantasını açıq talama yolu ilə aldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa və quldurluğa görə məhkum olunmuş M.Əliyev Bakı Şəhər Baş Polis İdarəsi və Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Ətrafında aparılmış tədbirlərlə onun cari il sentyabrın 13-də Z.Qurbanovanın mənzilindən içərisində 1800 manat olan pulqabısını oğurlaması da müəyyən edilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.