CƏMİYYƏT
Qadına qarşı soyğunçuluq etməkdə şübhəli bilinən şəxs yaxalanıb
Bakı, 8 sentyabr, AZƏRTAC
Paytaxtın Yasamal və Xətai rayonlarında soyğunçuluqla və oğurluqla məşğul olan şəxslər yaxalanıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, avqustun 25-də Yasamal rayonunda A.Behbudovaya qarşı zor tətbiq edərək soyğunçuluq yolu ilə içərisində pul və mobil telefon olan çantasını almaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Hacıyev rayon polis idarəsinin 27-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Oğurluq etdiyinə görə tutulmuş E.Qocayevin ətrafında Bakı Şəhər Baş Polis İdarəsinin cinayət axtarışı idarəsinin və Xətai Rayon Polis İdarəsinin 34-cü polis şöbəsinin əməkdaşlarının apardıqları əməliyyat tədbirləri ilə onun daha beş nəfərə məxsus velosipedləri oğurlaması da müəyyənləşdirilib.
Faktlarla bağlı təhqiqat aparılır.