İDMAN


Qadınlar arasında basketbol üzrə dünya çempionatının finalında ABŞ və Çin komandaları qarşılaşacaq

Bakı, 30 sentyabr, AZƏRTAC

Oktyabrın 1-də qadınlar arasında basketbol üzrə dünya çempionatının final oyunu keçiriləcək.

ABŞ və Çin yığma komandalarının mübarizə aparacağı oyun Bakı vaxtı ilə saat 10:00-da başlayacaq.

AZƏRTAC xəbər verir ki, yarımfinalda ABŞ millisi Kanadadan olan rəqiblərini məğlub ediblər. Yarımfinalda matçında çinli qadın basketbolçuları Avstraliya kollektivindən güclü olublar. Digər yarımfinal oyununda ABŞ millisi Kanadadan üstün olub.

Xatırladaq ki, ABŞ və Çin yığmaları turnirin qrup mərhələsində də qarşılaşıblar. ABŞ komandası rəqibinə 77:63 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, ABŞ-ın qadınlardan ibarət komandası bundan əvvəl üç dəfə dünya çempionu olub (2010-cu, 2014-cü və 2018-ci illərdə). Ümumilikdə ABŞ-ın qadın basketbolçuları dünya çempionatında 10 dəfə qızıl medal qazanıblar. Çinin basketbol üzrə qadın millisinin isə dünya çempionatlarında hələ ki qızıl medalı yoxdur.

Sabah, həmçinin üçüncü yer uğrunda görüş olacaq. Kanada və Avstraliya komandaları bürünc medallar uğrunda mübarizə aparacaqlar. Onların görüşü Bakı vaxtı ilə səhər saat 07:00-da başlayacaq.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.