DÜNYA


Qadınlar arasında futbol üzrə növbəti dünya çempionatı Avstraliya və Yeni Zelandiyada keçiriləcək

Tokio, 27 iyun, AZƏRTAC

Avstraliya və Yeni Zelandiya 2023-cü ildə təşkil ediləcək qadınlar arasında futbol üzrə dünya çempionatına ev sahibliyi edəcəklər.

AZƏRTAC xəbər verir ki, bu barədə qərar Beynəlxalq Futbol Federasiyasının (FIFA) onlayn konfransı zamanı qəbul edilib.

Xatırladaq ki, dünya çempionatına ev sahibliyi etmək üçün Kolumbiya da öz namizədliyini irəli sürmüşdü.

Bildirilir ki, çempionatın ev sahibinin təyin edilməsi məqsədilə keçirilən səsvermədə Avstraliya və Yeni Zelandiyanın birgə müraciəti 22 səs, Kolumbiya isə cəmi 13 səs qazanıb.

FIFA prezidenti Canni İnfantino Avstraliya və Yeni Zelandiyanın birgə müraciətini, Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) sədri Aleksandr Çeferin isə Kolumbiyanın namizədliyini dəstəkləyib.

2023-cü ildə təşkil olunacaq qadınlar arasında dünya çempionatında ilk dəfə 32 komandanın iştirak edəcəyi gözlənilir.

Xatırladaq ki, qadınlar arasında futbol üzrə dünya çempionatı 1991-ci ildən keçirilir və 2019-cu ildə bu yarışlar Fransada təşkil edilmişdi.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.