İDMAN


Qadınlar arasında şahmat üzrə Rusiya Kubokunun üçüncü mərhələsində Elmira Mirzəyeva qalib gəlib

Bakı, 21 avqust, AZƏRTAC

Naberejnıye Çelnı şəhərində qadınlar arasında şahmat üzrə “Promvest-2017” Ticarət Evi tərəfindən təsis edilmiş Rusiya Kubokunun üçüncü mərhələsi başa çatıb. Bu mərhələdə Moskvada yaşayan azərbaycanlı şahmatçı Elmira Mirzəyeva qalib gəlib.

AZƏRTAC xəbər verir ki, Moskva çempionu Elmira Mirzəyeva 9 turdan ibarət yarışı məğlubiyyətsiz başa vuraraq 7 xal toplayıb. Moskva vilayətini təmsil edən Marina Neçayevanın da aktivində eyni sayda xal olub, lakin əlavə göstəricilər nəzərə alınmaqla Neçayeva ikinci yerlə kifayətlənməli olub.

Daha bir Moskva təmsilçisi - Darya Çaroçkina və Kazan nümayəndəsi Olqa Belova eyni sayda – hərəyə 6,5 xal toplayıb. Əlavə göstəricilər nəzərə alınmaqla D. Çaroçkina bu mərhələnin bürünc mükafatçısı olub, O. Belova isə dördüncü yeri tutub.

Mükafat fondu 300.000 rubl olan bu turnirin 15 iştirakçısı təltif olunub.

Şahmat üzrə beynəlxalq dərəcəli qrossmeyster, Moskvada yaşayan Elmira Mirzəyeva Rusiya və dünya idmanında sanballı uğurlar qazanmış gənc azərbaycanlı idmançılardan biridir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.