İQTİSADİYYAT


“Qadınlar və texnoloji inkişaf” mövzusunda onlayn vebinar keçiriləcək

“Qadınlar və texnoloji inkişaf” mövzusunda onlayn vebinar keçiriləcək

Bakı, 21 aprel, AZƏRTAC

Aprelin 22-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “FemTech” platforması, Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası (AREA) və “Dərs Evi” şirkətinin birgə təşkilatçılığı ilə “Qadınlar və texnoloji inkişaf” mövzusunda onlayn vebinar keçiriləcək.

AZƏRTAC xəbər verir ki, tədbir “İnsan və robot ünsiyyəti: alternativ dizayn və yeni nəsil yanaşması” və “Müasir dövrdə innovasiya və peşəkar qadın” mövzuları əhatə edəcək.

Qeyd edək ki, 22 aprel - “İKT-də qızlar” Beynəlxalq Gününə həsr olunan tədbir gənc qızların texnologiya sahəsi üzrə maarifləndirilməsi, bu sahədə təhsilin vacibliyi və geniş iş imkanları barədə məlumatların verilməsi, onları rəqəmsal dünyanın texnologiya lideri və fəal iştirakçısı olmaqlarına təşviq edilməsi məqsədilə təşkil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.