DÜNYA


Qadınlara qarşı zorakılıqla bağlı sorğunun nəticələri açıqlanıb

Qahirə, 25 yanvar, AZƏRTAC

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qadın İnkişaf Agentliyi Misirin Qadın Məsələləri Şurası və İtaliyanın Sirakuza Beynəlxalq Hüquq Müdafiəsi İnstitutu ilə birlikdə sosial şəbəkələrdə qadınlara qarşı zorakılıq ilə bağlı sorğu keçirib.

AZƏRTAC xəbər verir ki, qadınlara qarşı zorakılıq qlobal kampaniyası çərçivəsində təşkil edilən sorğuda əsasən İslam ölkələrindən olmaqla, 2 milyona yaxın respondentin rəyi öyrənilib. Məlum olub ki, zərif cinsin nümayəndələrinin 86,6 faizi kişilərin zorakılığın qarşısını ala biləcəyini düşünür. Problemin formalarına gəldikdə isə, respondentlərin 51,7 faizi psixoloji zorakılığın daha geniş yayıldığı qənaətindədir. Sorğuda iştirak edənlərin 24,8 faizi isə seksual zəmində zorakılıq hallarının daha çox baş verdiyini bildiriblər.

Qadınlar zorakılığa məruz qaldıqları məkanlar sırasında əsasən evi (51,4 faiz), ictimai yerləri (28,8 faiz), iş yerini (14,4 faiz) və məktəbləri (5,4 faiz) göstəriblər.

Oqtay Bayramov

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.