CƏMİYYƏT


Qadınların çantasından pul və sənəd oğurlayan şəxs tutulub

Bakı, 30 yanvar, AZƏRTAC 

Yanvarın 26-da iki qadının çantasından pul və sənəd oğurlamaqda şübhəli bilinən Z.Əliyeva Nəqliyyatda Baş Polis İdarəsi, Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsi və Suraxanı Rayon Polis İdarəsinin 33-cü polis bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, aparılmış araşdırmalarla onun daha iki qadının içərisində ümumilikdə 315 manat pul və bank kartı olan çantasını oğurlaması da müəyyənləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.