REGİONLAR


Qadınların məşğulluğunun təmin edilməsi diqqət mərkəzindədir

Naxçıvan, 14 may, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması, həmçinin qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələrin icrası ötən ay da davam etdirilib.

Muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ötən ay aztəminatlı ailədən olan 3 qadının peşə kurslarına cəlb olunması, 2 qadının isə işlə təmin edilməsi üçün məlumatlar müvafiq orqanlara göndərilib, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində fəaliyyət göstərən qadınların əl işləri mağazasında istedadlı qadınların əl işlərinin satışı həyata keçirilib. Şahbuz şəhərində və Şərur rayonunun Aşağı Yaycı kəndində “Reproduktiv sağlamlıq və ailə dəyərləri”, Ümumdünya Sağlamlıq Günü ilə əlaqədar “Sağlam həyat tərzi sağlam ailələrin formalaşmasının təminatıdır” mövzularında gənclərin iştirakı ilə tədbir keçirilib, 575 maarifləndirici broşür paylanılıb.

Azərbaycan Mikromaliyyə Assosiasiyası tərəfindən BMT-nin İnkişaf Proqramının layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasında “Dayanıqlı inkişaf üçün qadınların səlahiyyətləndirilməsi” layihəsi ilə bağlı konfrans olub.

Naxçıvan Мuxtar Respublikasında uşaq hüquqlarının qorunması ilə əlaqədar 3 uşaq müəssisəsində monitorinq aparılıb, Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankına 7316 uşaq haqqında fərdi məlumatlar daxil edilib. Sağlamlıq imkanları məhdud 6 uşaq məktəbdənkənar təlim-tərbiyə və müalicə-reabilitasiya müəssisələrinə göndərilib, Şahbuz şəhər 1 nömrəli tam orta məktəbdə tədrisə cəlb edilmiş sağlamlıq imkanları məhdud uşaqların valideynləri və psixoloqların iştirakı ilə görüş keçirilib. Valideyn himayəsindən məhrum olan 3 uşağın uçotu aparılıb, Naxçıvan şəhərində fəaliyyət göstərən 5 uşaq bağçasında “Ağıllı uşaq” intellektual oyunu keçirilib, iştirak edən və qalib olan uşaqlara diplom və fəxri fərman verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.