Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Qafqaz İslam Ordusunun Bakı zəfəri iki qardaş xalqın 100 il əvvəl birgə yazdığı şərəfli tarixdir

Qafqaz İslam Ordusunun Bakı zəfəri iki qardaş xalqın 100 il əvvəl birgə yazdığı şərəfli tarixdir

Bakı, 14 sentyabr, AZƏRTAC

Azərbaycan xalqının tarixində 15 sentyabr günü olduqca əlamətdar bir tarixdir. 1918-ci il sentyabrın 15-də Bakı şəhəri Qafqaz İslam Ordusunun köməyi ilə erməni-bolşevik quldur dəstələrinin əsarətindən azad olundu. Bu tarixi hadisənin 100 illiyi həm Azərbaycanda, həm də qardaş Türkiyədə böyük qürur hissi ilə qeyd edilir. Tarixçilər və politoloqlar bir daha həmin günlərdə cərəyan edən hadisələrə nəzər salır, bu zəfəri iki qardaş xalqın igid övladlarının birgə yazdıqları şərəfli tarix kimi səciyyələndirirlər.

AZƏRTAC bu silsilədən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, Əməkdar müəllim Firdovsiyyə Əhmədovanın qeydlərini təqdim edir.

Bir əsrlik Rusiya əsarətindən qurtularaq dövlətçiliyini bərpa etmiş, ən sivil idarə üsuluna üstünlük vermiş Azərbaycan xalqı müsəlman Şərqində ilk respublika qurdu. İstiqlaliyyətini yenicə elan etmiş Cümhuriyyətin müvəqqəti paytaxt olaraq Gəncə şəhərini seçməsi acı reallıqdan çıxış yolu idi. Nəinki Azərbaycan xalqının, bütün Qafqaz müsəlmanlarının, Yaxın Şərqin mühüm, iqtisadi, mədəni, siyasi mərkəzlərindən olan Bakı artıq müsəlman əhali, yəni azərbaycanlılar üçün itirilmiş vəziyyətdə idi. Azərbaycan muxtariyyətinin qatı əleyhdarı olan Stepan Şaumyan bunun müqabilində azərbaycanlılara vəd etdiyi xarabazarlığı nəsib etdi. Bakının yerli əhalisinə - müsəlmanlara, azərbaycanlılara qarşı həyata keçirilmiş qətliamlar mahiyyəti etibarilə soyqırımı siyasəti idi. İstər sovet Rusiyası, istərsə də “vahid və bölünməz Rusiya” tərəfdarı olan bütün siyasi qüvvələr zəngin neft mənbəyi olan Bakını əldən vermək istəmirdilər.

Dünya müharibəsinin gedişatında Rusiya imperiyasının süqutu düşmən hərbi bloklararası və blokdaxili mübarizənin məzmununa yeni istiqamət verdi. Rusiya imperiyası ilə müttəfiq olmuş Böyük Britaniya və Fransa artıq keçmiş müttəfiqinin ərazisinə sahib olmaq üçün sövdələşmişdi. Xəzər hövzəsi, Qafqaz regionu, xüsusən Bakı nefti uğrunda Almaniya da kəskin mübarizə aparırdı. Almaniyanın Bakı neftinə yiyələnəcəyi təqdirdə müharibənin xeyli uzanacağı və təhlükəli olacağından ehtiyat edən Böyük Britaniya artıq regiona hərbi ekspedisiya təşkil etmişdi. Xarici müdaxilə koalisiyası və vətəndaş müharibəsi şəraitində hakimiyyətini qorumağa çalışan bolşevik Rusiyası üçün yanacaq mənbəyi olan Bakını əldə saxlamaq həyati məsələ idi.

Azərbaycanlıların muxtariyyət uğrunda hərəkatının genişlənməsi neftə sahib olmaq istəyən bütün qüvvələri narahat edirdi. Bu baxımdan “böyük Ermənistan” iddiası ilə Azərbaycan xalqına qənim kəsilən erməni siyasi və hərbi qüvvələri mənafelərinə müvafiq müttəfiqlərlə yaranmış şəraitdən maksimum faydalanmağa çalışırdılar. 1918-ci ilin martında Bakıda azğınlıqla törədilən kütləvi qırğınlar Azərbaycanın bütün qəzaları üzrə görünməmiş vəhşiliklə həyata keçirildi. Qafqazın dinc müsəlman əhalisini fiziki məhv olmaqdan xilas edə biləcək yeganə xarici qüvvə kimi Osmanlı dövlətinə ümid edən azərbaycanlılar bir neçə dəfə nümayəndə heyətləri göndərərək yardım istəmişdilər. Osmanlı dövlətinin Qafqaz regionu - Xəzər hövzəsi ilə bağlı planları olduğu kimi, Azərbaycan ziyalıları da xalqının müqəddəratı ilə əlaqədar Osmanlı dövlətindən dəstək gözləyirdi. Hələ 1915-ci ilin əvvəlində Aslan Xoyskinin Ənvər paşa ilə görüşündə təqdim etdiyi plana görə, Osmanlı ordusu “Cənubi Azərbaycana girməli və bunun ardınca da Şimali Azərbaycanda və Dağıstanda Difai tərəfdarları geniş müstəqillik hərəkatına başlamalı idilər. İki il sonra, Rusiyada mütləqiyyətin devrildiyi 1917-ci ilin oktyabrında Osmanlı dövlətindən yardım istəmək məqsədilə Qafqaz türklərindən ibarət heyət Mosulda hərbi komandanlıq ilə görüşmüşdü. Qafqazdakı vəziyyəti öyrənmək üçün Mosuldan göndərilmiş üç zabitdən biri olan Müzəffər əfəndi ilə Nuru paşa sonralar Azərbaycana yola düşmək ərəfəsində görüşərək müzakirələr aparmışdılar. Osmanlı dövlətinin Qafqaz siyasətinin dəyişməsinə və aktivləşməsinə təsir göstərən əsas amil bolşeviklərin Rusiyada hakimiyyəti ələ keçirməsi oldu. Ərzincan müqaviləsinə görə Osmanlı dövləti ilə Rusiya arasındakı müharibə sona çatdı. Qafqaz cəbhəsinin ləğv olunması bölgənin müsəlman əhalisini qətliama, talana, qırğınlara düçar etdi. Qafqazdakı rus ordusunun tərxis olunması erməni silahlıları qarşısında əliyalın müsəlmanları müdafiəsiz qoydu.

Qafqazdakı vəziyyətdən xəbər tutan Ənvər paşa hələ 1917-ci ilin dekabrında bildirmişdi: “Azərbaycan türklərinin düşmənə qarşı təşkilatlanmağa və savaşmağa istəkli olduğu, ancaq onları təşkilatlandıracaq və idarə edəcək əsgəri liderlərin tapılmaması səbəbiylə hərəkətə keçmədikləri qənaətinə gəldim”. Onun Azərbaycan türklərinə yardım göstərmək qənaətini 1918-ci ilin əvvəllərindən Türkiyəyə kömək almaq üçün yola düşən Azərbaycan nümayəndələri qətiləşdirdi. Gəncədən türk ordusunun əsir olmuş zabiti Hüsaməddin Tuqacla yola düşmüş Nağı bəy Şeyxzamanlı missiyasını uğurla yerinə yetirdi. Ənvər paşa və digər yüksək mənsəbli və çinli Osmanlı məmur və hərbçiləri ilə görüşlərində Nağı Şeyxzamanlı Azərbaycan türklərinin istiqlal arzularını ifadə etmiş, müsəlmanların məruz qaldığı qətliamları, hərbi yardımın zəruriliyini anlatmışdır. Ənvər paşanın bacısının əri olmuş Həbib əfəndi Şamaxıdan aldığı acı xəbərləri eşidib vətənə dönmüş, faciəli vəziyyəti görüb yardım istəmək məqsədilə Türkiyəyə gedəndə yolda Qafqaz İslam Ordusuna qoşularaq Azərbaycana gəlmiş və hərbi əməliyyatlarda iştirak etmişdi.

İctimai xarakterli müraciətlər Qafqaz İslam Ordusunun formalaşmasının mənəvi statusunun göstəricisi olmaqla, onun rəsmi statusunu şərtləndirdi. Azərbaycanı işğaldan xilas etmək məqsədilə Osmanlı dövlətinin Baş komandan vəkili və hərbi naziri Ənvər paşa bu missiyanın həyata keçirilməsinə sonadək dəstək verdi. 1918-ci ilin fevralında Qafqaz İslam Ordusunun qərargahı üçün İstanbulda hərbi nazirlikdə 20 nəfərlik tərkib seçilib müəyyənləşdirildi. Qafqazda fəaliyyət göstərmək barədə geniş səlahiyyətlər verilən Nuru paşa martın 22-də İstanbuldan Mosula yola düşdü. Qafqaz İslam Ordusunun hüquqi əsasını həm də aprelin 5-də Ənvər paşanın “Qafqaz İslam Ordusunun təşkili və vəzifələrinə dair təsdiq etdiyi təlimat” müəyyənləşdirirdi. Bu ordunun formalaşmasını Birinci Dünya müharibəsinin Qafqazda yaratdığı geopolitik vəziyyət şərtləndirdi.

Qafqaz İslam Ordusunun siyasi-hüquqi statusu Trabzon, Batum konfranslarında, Azərbaycan Cümhuriyyəti elan edildikdən sonra ikitərəfli danışıqlarda, xüsusən də Batum müqaviləsi ilə təsbit olundu. 1918-ci il mayın 9-da Təbrizə, 20-sində Araz çayına çatan Nuru paşa mayın 25-də Gəncəyə gəldi və Qafqaz İslam Ordusunun quruculuq işlərinə başladı.

Bakının azad edilməsi yalnız hərbi qüvvənin uğuru hesabına baş verə bilərdi. Bu isə yenicə istiqlaliyyətini elan etmiş Azərbaycan Cümhuriyyətinin təkcə öz imkanları sayəsində mümkün olmayan, amma taleyüklü əsas vəzifə idi. Belə ki, “Bakı məsələsi” Azərbaycan dövlətçiliyinin, Azərbaycanın siyasi varlığının taleyini həll edirdi. “Əgər Bakı alınmasa, hər şey bitdi. Əlvida, Azərbaycan!”. Bu təlaşlı xəbərdarlıq mövcud reallıq idi ki, Azərbaycan milli-istiqlal hərəkatının liderlərindən biri olan Məhəmməd Əmin Rəsulzadə 1918-ci il sentyabrın 6-da İstanbuldan Azərbaycan hökumətinə ünvanlamışdı: “Nəyin bahasına olursa-olsun, Bakı tezliklə tutulmalıdır. Biz hamını baş vermiş fakt qarşısında qoymalıyıq. Bakıya doğru hərəkət mütləq Azərbaycan naminə olmalıdır, onu Azərbaycan hökuməti tutmalıdır”.

“Bakı məsələsi”nin beynəlxalq aləmdə kəskin mübarizə məzmunu aldığı bir zamanda Azərbaycan Cümhuriyyətinin rəsmi müraciəti əsasında Osmanlı dövləti yardıma gəldi. “Bizim məqsədimiz - Bakıdır” çağırışı ilə Qafqaz İslam Ordusunun Azərbaycanı xilasetmə əməliyyatı Qaraməryəm, Kürdəmir, Ağsu, Göyçay, Salyan, Şamaxı döyüşlərindən keçdi.

Bakı uğrunda şiddətli döyüşlər 1918-ci il avqustun 5-də başlandı. Azərbaycan könüllü hərbi dəstələrinin də iştirak etdiyi Qafqaz İslam Ordusunun əks-hücumu Bakıdakı siyasi və iqtisadi vəziyyəti daha da çətinləşdirdi. Bolşeviklərin iflasından sonra hakimiyyəti ələ keçirmiş eser-menşevik-daşnak bloku ingilis hərbi qüvvələrini Bakıya dəvət etməyə qərar verərək İrandakı ingilis hərbi komandanlığına nümayəndələr göndərdilər. 1918-ci ilin avqustunda Bakıya daxil olan ingilis hərbi qüvvələri gözlənildiyindən az idi. Məsələnin getdikcə qəlizləşməsi Azərbaycan hökumətini təlaşlandırırdı. Hökumət başçısı F.Xoyski M.Ə.Rəsulzadəyə göndərdiyi teleqramda (23 avqust 1918-ci il) yazırdı ki, Bakı məsələsinin İstanbulda ən təcili həllinə nail olmaq üçün bütün səylərdən istifadə etmək lazımdır. Hərbi əməliyyatları davam etdirməklə yanaşı, diplomatik fəaliyyəti gücləndirmək effektli nəticə əldə etməyin ənənəvi yolu sayılsa da, M.Ə.Rəsulzadə Tələt paşa və Almaniyanın Osmanlı dövlətindəki səfiri Bernsdorfla növbəti görüşlərindən sonra sentyabrın 6-da Bakı məsələsinin yeganə həlli yolunu göstərirdi: “Bakı məsələsi yalnız qüvvədən asılıdır”. Bakı barəsində Almaniya ilə Rusiya arasında sövdələşmə nəticəsi olan 27 avqust 1918-ci il tarixli sazişə etiraz kimi “bu xəyanətkarlığa ən böyük və layiqli cavab Bakının alınması” sayılırdı. Azərbaycan hökuməti adından xarici səfirliklərə təqdim edilmiş etiraz notalarının mahiyyəti də qəti səciyyə daşıyırdı: “Azərbaycan xalqı Bakını geri qaytarmaq arzusundan heç bir zaman əl çəkə bilməz. Bu məsələ Azərbaycan üçün yalnız ərazi məsələsi deyil, ölüm-dirim məsələsinə çevrilmişdir”.

1918-ci il sentyabrın 14-ü gecə saat 2-də Bakı uğrunda hücum başlandı. 36 saat davam edən bu hücumu Qafqaz İslam Ordusunun 5-ci və 15-ci diviziyaları Azərbaycan hərbi hissələrinin iştirakı ilə həyata keçirirdi. Əməliyyat nəticəsində Azərbaycan Cümhuriyyəti öz paytaxtına qovuşdu. Sentyabrın 16-da qələbə münasibətilə Osmanlı-Azərbaycan hərbi hissələrinin Bakı ətrafında paradı keçirildi. Paradda Xəlil paşa, Nuru paşa, Əlağa Şıxlinski, polkovnik Həbib bəy Səlimov, Azərbaycan hökumətinin üzvləri, Bakı və ətraf kəndlərin sakinləri iştirak edirdilər.

Bakının azad olması haqqında 1933-cü ildə Almaniyada dərc edilmiş məqalədə belə yazılmışdı: “1918-ci ilin 15 sentyabrı Azərbaycan tarixi üçün müstəsna dərəcədə əhəmiyyət kəsb edir. Bu zaman Avropada Azərbaycan Cümhuriyyətinə kömək edilməsi və ona yaşamaq imkanı verilməsinin zəruriliyi haqqında səslər ucalırdı. Lakin bu, Azərbaycana Bakısız Azərbaycan bəxş etməkdən başqa bir şey deyildi... Bədənin başsız yaşayacağı mümkün olmadığı kimi, Azərbaycan da Bakısız təsəvvür edilməzdir. Azərbaycanın süqutu və tərəqqisi Bakının taleyi ilə bağlıdır”.

Bakının qurtuluş xəbəri Azərbaycan Cümhuriyyətinin rəsmi mətbu orqanı olan “Azərbaycan” qəzetinin ilk sayında dərc olundu. Gəncədə işıq üzü görən qəzetdə Nuru paşanın qurtuluş müjdəli qısa teleqramı verildi: “ Bismillahir-rəhmanir-rəhim! Bakı şəhəri 15.09.18. saat 9-a işləmiş igid ordu hissələrimiz tərəfindən azad olundu”. Azərbaycanın hökumət başçısı Fətəli xan Xoyskinin “dünyanın ən nəcib və cəsur əsgəri olan türk oğullarına” minnətdarlığını Nuru paşaya ərz etdiyi teleqram da qəzetin ilk sayında dərc olunmuşdu.

Bakının Azərbaycan xalqına qaytarılması yolunda şəhid olmuş türk hərbçilərinin uyuduğu məzarlıqlar bu gün ziyarət yerləridir. Bakının mərkəzində türk şəhidliyinə ucaldılmış abidənin yerləşdiyi yer Şəhidlər xiyabanıdır. XX yüzilliyin sonunda dövlət müstəqilliyini bərpa etmək naminə şəhid olmuş onlarla azərbaycanlının məzarını ziyarət edərkən onların vaxtsız həyatdan getməklərindən kədərlənməklə yanaşı, hansı amal və əqidə yolunda mübarizə apardıqlarını da unutmamalıyıq. Ümumi fəaliyyətimizi Vətənimizin tərəqqisi, dövlətçiliyimizin möhkəmlənməsi işinə yönəltməyi bacarmalıyıq.

15 sentyabr günü ibrətamiz bir tarixdir. Bu gün də Azərbaycan xalqına qarşı təcavüzünü davam etdirən, torpaqlarımızı işğal altında saxlayan düşmənlərimiz tarixdən ibrət almağı bacarmasalar da, Fətəli Xan Xoyskinin 1918-ci ildə baş vermiş hadisələri qiymətləndirərək dediyi sözləri onlara ünvanlayıram: “Bizim də yaşamaq, azad yaşamaq haqqımız var. Nə zirehli maşın, hidroplan, kanonerka, tikanlı məftil, mina və digər texniki qurğular, nə ingilislər və onların əlaltıları, nə də ümumiyyətlə, hər hansı bir qüvvə tarixin təbii gedişini dayandıra bildi, onların əlli minlik orduya və texnikaya malik olmasına baxmayaraq, kiçik qüvvənin həmləsinə tab gətirməyib Bakını tərk etmələri öz rifahı və səadətini başqasının fəlakəti və bədbəxtliyi üzərində qurmağa çalışanlar üçün ibrət dərsi olmalıdır”.

Tarixi qisas üçün deyil, ibrət üçün xatırlayaraq, xalqımızın ağrılı Qarabağ probleminin həllindən gələcək nəsillərimizin şərəfli tarix kimi bəhs etmələri naminə Azərbaycan dövlətinin ərazi bütövlüyünün tezliklə bərpası başlıca amalımız olmalıdır.

Azərbaycanda, Bakıda 15 sentyabrı Paytaxt günü kimi qeyd etmək tarixi reallığa söykənir. Dövlətçiliyimiz tarixində təqdir olunası hadisə kimi bu ənənəni yaratmaq və yaşatmaq lazımdır.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb