CƏMİYYƏT


“Qafqaz Kəsilişi” layihəsi çərçivəsində işlər davam etdirilir

Bakı, 8 aprel, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi, ABŞ-ın Enerji Departamenti və Ukrayna Elm və Texnologiya Mərkəzinin “Qafqaz Kəsilişi” layihəsi çərçivəsində işlər davam etdirilir.

Mərkəzin informasiya şöbəsindən AZƏRTAC-a bildiriblər ki, amerikalı seysmoloqlar - Missuri Universitetinin professoru Erik Sandvol və həmin universitetin elmi işçisi Utku Koçum Azərbaycana gəliblər. Səfər çərçivəsində Hacıqabul, Neftçala, Göyçay, İsmayıllı, Quba və Qusar rayonlarında quraşdırılmış 17 seysmoloji stansiyada texniki yenilənmə işləri aparılıb və məlumatlar toplanmağa başlanılıb.

Qeyd edək ki, amerikalı seysmoloqların səfəri aprelin 17-nə qədər davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.