CƏMİYYƏT


Qafqaz Müsəlmanları İdarəsinin sədri İstanbulda beynəlxalq konfransda iştirak edəcək

Bakı, 21 sentyabr, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İstanbulda keçiriləcək “İslam həmrəyliyi Türkiyə-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün sentyabrın 23-də qardaş ölkəyə səfər edəcək.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, konfrans Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Türkiyə Diyanət İşləri Başqanlığı, İslam Əməkdaşlıq Təşkilatının İslam Tarix, İncəsənət və Mədəniyyət Tədqiqatları Mərkəzi (IRCICA) və Mərmərə Universiteti tərəfindən birgə təşkil olunacaq.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən elan edilən “İslam Həmrəyliyi İli” çərçivəsində Bakıda, Rusiyada, Finlandiyada, İranda keçirilmiş beynəlxalq tədbirlərdən sonra İstanbulda təşkil olunacaq konfransda ölkəmizi Milli Məclisin deputatları, elm və din xadimlərindən ibarət nümayəndə heyəti təmsil edəcək.

Səfər çərçivəsində A.Paşazadənin Türkiyə Diyanət İşləri başqanı vəzifəsinə yeni seçilmiş Əli Erbaş və digər nüfuzlu şəxslərlə görüşləri nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.