CƏMİYYƏT


Qafqaz Müsəlmanları İdarəsinin sədri Şimali Qafqazda bir sıra görüşlər keçirəcək

Bakı, 24 noyabr, AZƏRTAC

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 24-də Şimali Qafqaza səfərə yola düşüb.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərində Azərbaycan nümayəndə heyəti əvvəlcə İkinci Dünya müharibəsi zamanı Mozdokun azad olunmasında iştirak etmiş 223-cü Azərbaycan Atıcı diviziyasının tərkibində döyüşərək canlarından keçmiş azərbaycanlıların xatirəsinin anım mərasiminə qatılacaqlar. Azərbaycanın Rusiya, Qafqaz, Şimali Osetiya-Alaniya ilə ənənəvi tarixi əlaqələri baxımından xüsusi əhəmiyyət daşıyan bu tədbirdə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə çıxış edəcək.

Noyabrın 25-də Şeyxülislam A.Paşazadə Şimali Osetiya-Alaniya Müsəlmanları Ruhani İdarəsinin 25 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edəcək. Mərasimdə çıxış edəcək QMİ sədri, həmçinin respublikanın müftisi Hacımurad Qatsalova anadan olmasının 65 illik yubileyi münasibətilə təbriklərini çatdıracaq.

Noyabrın 26-da QMİ sədri Şeyxülislam Kabardin-Balkar Respublikasının paytaxtı Nalçik şəhərində Rusiya Federasiyası Prezident Administrasiyası və İslam elm, mədəniyyəti və təhsilinə dəstək Fondunun dəstəyi ilə keçiriləcək “Müasir Rusiyada İslam hüquq mədəniyyəti: vəziyyət və perspektivlər” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak və çıxış edəcək.

Şeyxülislam Allahşükür Paşazadə və Azərbaycan nümayəndə heyətinin səfər çərçivəsində rəsmi görüşləri nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.