CƏMİYYƏT
Qafqaz Müsəlmanları İdarəsinin sədri Vyanaya səfərə gedir
Bakı, 3 iyul, AZƏRTAC
İyulun 4-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Avstriyanın paytaxtı Vyana şəhərinə səfərə yola düşəcək.
QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, səfərin məqsədi iyulun 5-də Vyanada keçiriləcək KAİCİİD Dialoq Mərkəzinin Direktorlar Şurasının növbəti - 18-ci sessiyasında iştirak etməkdir.
Qeyd edək ki, dünyanın ən nüfuzlu beynəlxalq hökumətlərarası təşkilatlarından olan KAİSİİD-in 9 nəfərlik Direktorlar Şurasında yer alan yeganə müsəlman din xadimi A.Paşazadədir. Onun qatılacağı sessiyanın gündəliyində bir sıra önəmli məsələlər, o cümlədən mərkəzin idarəetmə sistemində mühüm dəyişikliklərlə bağlı müzakirələr nəzərdə tutulub.