ELM VƏ TƏHSİL


Qafqaz Universitetinin texnoparkı fəaliyyətini genişləndirir

Bakı, 5 fevral (AZƏRTAC). Qafqaz Universitetinin texnoparkı fəaliyyətini genişləndirir.

Universitetdən AZƏRTAC-a bildirmişlər ki, bu ali məktəbin rəyasət heyətinin və Elmi Şurasının qərarı ilə təhsil müəssisəsinin təkibində texnopark təsis edilmişdir. Əsasən informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə fəaliyyətlərini davam etdirən texnopark gələcəkdə digər istiqamətlərdə də innovativ ideyalara dəstək verməyi planlaşdırır.

İnnovativ ideyaların inkişafında və tətbiqində maraqlı olan bu qurumun Türkiyənin Orta Doğu Texniki Universiteti texnoparkı ilə əməkdaşlığı inkişaf edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.