MƏDƏNİYYƏT
“Qafqaza qayıdış” “YARAT”da nümayiş olunacaq
Bakı, 5 oktyabr, AZƏRTAC
Oktyabrın 11-də “YARAT” Müasir İncəsənət Mərkəzində rejissorlar Stefan Berqunyu və Jan-Pyer Devilersin “Qafqaza qayıdış” sənədli filmi nümayiş olunacaq.
AZƏRTAC xəbər verir ki, filmin prodüserindən biri rejissor Cavid İmamverdiyev, ssenari müəlliflərindən biri isə digər həmyerlimiz tarixçi və tədqiqatçı Fuad Axundovdur.
“YARAT” Film Klubu çərçivəsində nümayiş olunacaq ekran əsərini Fuad Axundov təqdim edəcək. Film Mədəniyyət və Turizm Nazirliyi və “ARTE-France” şirkətinin sifarişi ilə “Yaddaş” Sənədli Filmlər Studiyası (Azərbaycan) və “B-Tween” kompaniyası (Fransa) tərəfindən çəkilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.03.2024 [16:03]
Kukla Teatrında növbəti xeyriyyə aksiyası
- 29.03.2024 [15:26]
Qulu Ağsəsin “Görsən üşüyürsən...” adlı şeirlər kitabı çap olunub
- 29.03.2024 [15:02]
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 29.03.2024 [14:41]
“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb
- 29.03.2024 [12:11]