REGİONLAR


Qafqazın ən böyük idman müəssisəsi 2022-ci ildə istifadəyə hazır olacaq

Gəncə, 3 may, AZƏRTAC

Gəncədə İdman Sarayının tikintisi davam edir.

Şəhər Gənclər və İdman Baş İdarəsindən AZƏRTAC-a verilən məlumata görə, İdman Sarayındakı zalların gələcəkdə istifadəyə daha səmərəli və beynəlxalq standartlara uyğun tikilməsi üçün idman mütəxəssislərinin və peşəkar idmançıların tövsiyələri nəzərə alınıb.

İkimərtəbəli qurğuda böyük idman zalı, üzgüçülük hovuzu, beynəlxalq şahmat turnirlərinin keçirilməsi üçün zal, şahmat, güləş, boks və digər idman növləri üzrə məktəblər, boulinq və atıcılıq zalları, istirahət və iaşə obyektləri fəaliyyət göstərəcək. Ən müasir avadanlıqla təchiz olunacaq İdman Sarayının 2022-ci ilin sonuna kimi istismara verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2017-ci ildə imzaladığı Sərəncama əsasən 3 hektara yaxın ərazidə tikilən idman qurğusu ümumi sahəsinə, binanın tutumuna və həcminə görə Qafqazda ən böyük idman müəssisəsi hesab olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.