ELM VƏ TƏHSİL
Qafqazşünaslığın aktual problemləri müzakirə olunacaq
Bakı, 6 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutu martın 27-də “Elm günü”nə həsr olunan “Qafqazşünaslığın aktual problemləri: mövcud vəziyyət və perspektivlər” mövzusunda seminar keçirəcək. Seminar “Elm günü”nün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 aprel tarixli Sərəncamının icrasından irəli gələn vəzifələr çərçivəsində təşkil olunacaq.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi seminarda Qafqaz siyasəti şöbəsinin müdiri Elnur Kəlbizadə “Siyasi tədqiqatlarda mənbələr”, tərcümə, nəşr və informasiya şöbəsinin müdiri Günel Musayeva “Siyasi tədqiqatların metodları”, Şimali Qafqaz şöbəsinin elmi işçisi Günay Feyziyeva “Siyasi tədqiqatlara dair əsərlərin yazılma qaydası”, Samirə Həbibbəyli “Siyasi elm və faydalandığı elm sahələri” mövzularında məruzələrlə çıxış edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]
“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib
- 19.04.2024 [17:33]