ELM VƏ TƏHSİL


Qafqazşünaslıq İnstitutu “Elm günü”nü qeyd edib

Bakı, 18 mart, AZƏRTAC

Martın 18-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunda “Elm günü”nə həsr olunmuş “Qafqazşünaslığın aktual problemləri: mövcud vəziyyət və perspektivlər” mövzusunda elmi seminar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, seminarı açan institutun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı Qafqazşünaslığın aktual problemlərini geniş təhlil edib.

“Siyasi elm və faydalandığı elm sahələri” mövzusunda çıxış edən Samirə Həbibbəyli siyasi elmin fəlsəfə, hüquq, tarix, sosiologiya, iqtisadiyyat, coğrafiya, informatika və digər elmlərlə əlaqəsi olduğunu və onlardan faydalanmaq haqqında danışıb.

İnstitutun Qafqaz siyasəti şöbəsinin müdiri Elnur Kəlbizadə “Siyasi tədqiqatlarda mənbələr” mövzusunda çıxışında mənbələrin təsnifatı, tədqiqatçının araşdırma üçün zəruri hazırlığı barədə məlumat verib. O, arxiv sənədləri üzərində iş, siyasi tədqiqatlarda dövri mətbuat materiallarının əhəmiyyəti və onlardan düzgün istifadə qaydalarından bəhs edib.

Tərcümə, nəşr və informasiya şöbəsinin müdiri Günel Musayeva “Siyasi tədqiqatların metodları” mövzusunda məruzəsində beynəlxalq münasibətlər nəzəriyyəsində ümumi və tətbiqi metodlardan necə istifadə olunmasını, tətbiqi metodların növlərini və onların təhlilini müxtəlif nümunələr əsasında seminar iştirakçılarının diqqətinə çatdırıb.

Şimali Qafqaz şöbəsinin elmi işçisi Günay Feyziyeva “Siyasi tədqiqatlara dair əsərlərin yazılma qaydası”nı əhatə edən çıxışında elmi məqalənin yazılması üçün mərhələli şəkildə hansı işlərin görülməsi və xülasənin necə yazılması barədə geniş məlumat verib.

Mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.