ELM VƏ TƏHSİL


Qafqazşünaslıq İnstitutu: “Şuşa İli”nə həsr olunan respublika elmi konfransına tezis qəbulu aparılır

Bakı, 16 iyun, AZƏRTAC

AMEA Qafqazşünaslıq İnstitutu tərəfindən oktyabrda keçiriləcək “Cənubi Qafqazda reallıqlar” mövzusunda respublika elmi konfransına tezis qəbulu aparılır.

Bu barədə AZƏRTAC-a Qafqazşünaslıq İnstitutundan məlumat verilib. Bildirilib ki, “Şuşa İli”nə həsr olunan konfrans “44 günlük Vətən müharibəsi və Cənubi Qafqazda yeni reallıqlar”, “Cənubi Qafqazda ictimai-siyasi proseslər”, “Böyük və qonşu dövlətlərin Cənubi Qafqaz siyasəti”, “Cənubi Qafqazda Şuşa şəhərinin yeri” bölmələrini əhatə edəcək.

Konfransda iştirak etmək istəyənlər tezislərini sentyabrın 10-dək [email protected] poçt ünvanına göndərməlidir. Müəlliflər konfransın Elmi Komitəsinin tezislər barəsində qərarı haqqında sentyabrın 15-də məlumatlandırılacaq. Yalnız müsbət rəy alan tezislər qəbul və çap ediləcək.

Tədbirin keçiriləcəyi gün barədə əlavə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.