ELM VƏ TƏHSİL


Qafqazşünaslıq İnstitutu elmi əlaqələrini genişləndirir

Bakı, 10 iyul, AZƏRTAC 

İyulun 10-da İordaniya Haşimilər Krallığının parlamentinin deputatı Mustafa Əl-Xasavneyin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunda olub. Bu barədə AZƏRTAC-a Qafqazşünaslıq İnstitutundan bildirilib.

Görüşdə institutun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı rəhbərlik etdiyi elmi müəssisənin fəaliyyəti haqqında qonaqlara məlumat verib, İordaniya-Azərbaycan münasibətlərindən bəhs edib.

Qonaqlar Qafqazşünaslıq İnstitutu ilə elmi əlaqələrin genişlənməsində maraqlı olduqlarını bildiriblər.

Sonra onlar AMEA-nın Mərkəzi Elmi Kitabxanası ilə tanış olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.