ELM VƏ TƏHSİL


Qafqazşünaslıq İnstitutunda Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib

Bakı, 22 sentyabr, AZƏRTAC

AMEA-nın Qafqazşünaslıq İnstitutunda 27 sentyabr - Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. Qeyd olunub ki, tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məruzə ilə çıxış edən müəssisənin rəhbəri AMEA-nın müxbir üzvü Musa Qasımlı zəfərə gətirən yolu, səbəbləri, qazanılan qələbənin əhəmiyyətini, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü millət, qüdrətli dövlət strategiyası, milli birlik barədə danışıb.

İnstitutun elmi işlər üzrə direktor müavini dosent Ramilə Dadaşova, şöbə müdirləri Qasım Hacıyev, Vahid Ömərov və Liliya Mirzəzadə, Həmkarlar Təşkilatının sədri Yeganə Baxşıyeva 44 gün davam edən və Azərbaycanın tam qələbəsi ilə nəticələnən Vətən müharibəsinin əhəmiyyəti, mahiyyəti və nəticələrindən bəhs ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.